Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İqtisadiyyat İnstitutunun “Energetika kompleksi - 2016” bülleteni çap edilib
23.06.2017 12:43
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun “Energetika kompleksi - 2016” bülleteni çap edilib

AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən illik bülletenlər buraxılır. Bu günlərdə institutun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Məzəddin Əyyubovun müəllifliyi ilə “Energetika kompleksi - 2016” adlı növbəti bülleten nəfis şəkildə çap olunub.

Təqdim olunan analitik icmalda 2010-2015-ci illərdə ölkə iqtisadiyyatının sahələrinin, həmçinin əhalinin energetika məhsullarına olan tələbatını təmin edən energetika kompleksinin fəaliyyətinin iqtisadi nəticələri təhlil olunub, kompleksin və onun sahələrinin inkişafının əsas meylləri və xüsusiyyətləri açıqlanıb.  Analitik icmal Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-2016-cı illər dövründə nəşr etdirdiyi rəsmi məlumatlar əsasında hazırlanıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: