Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Astanada beynəlxalq konfrans çərçivəsində “Molla Pənah Vaqif” kitabının təqdimatı olub
29.06.2017 09:29
  • A-
  • A
  • A+

Astanada beynəlxalq konfrans çərçivəsində “Molla Pənah Vaqif” kitabının təqdimatı olub

Astanada “Oxuyan dünyada oxuyan millət” adlı beynəlxalq simpozium çərçivəsində türkdilli dövlətlərin milli kitabxana direktorlarının V beynəlxalq konfransı keçirilib.

Konfransda türkdilli dövlətlərin kitabxanalarının bazalarının artırılması məsələləri müzakirə edilib.

Tədbir çərçivəsində akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının təqdimatı da keçirilib.

Mərasimdə çıxış edən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov TÜRKSOY-un 2017-ci ili “Molla Pənah Vaqif ili” elan etdiyini xatırladıb.

Sonra TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov çıxış edərək Molla Pənah Vaqifin əsərlərinin bir neçə dilə tərcümə olunması istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb.

Müəllif akademik N.Cəfərov kitabda Molla Pənah Vaqifin həyatı, yaradıcılığı, dünyagörüşündən bəhs edildiyini söyləyib.

Daha sonra AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfransda “Sosial-mədəni mühitdə tarixi muzeylərin yetişməkdə olan nəslin formalaşmasına təsiri” mövzusunda çıxış edib.

Yekunda türkdilli dövlətlərin milli kitabxana direktorlarının V beynəlxalq konfransının nizamnaməsi imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: