Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan və Türkiyə arasında elm və texnologiya üzrə müsabiqə elan olunur
03.03.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan və Türkiyə arasında elm və texnologiya üzrə müsabiqə elan olunur

Azərbaycan və Türkiyə arasında elm və texnologiya sahəsində birgə tədqiqat və layihələrin işlənməsi ilə bağlı təkliflərin verilməsi üçün müsabiqə elan olunub.

Məlum olduğu kimi, 2013-cü ilin noyabr ayında Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elm və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanmışdır. Protokola əsasən Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi AMEA, Türkiyə tərəfindən isə TÜBİTAK müəyyən edilmişdir.

Sənədə əsasən AMEA-nın elmi müəssisələri müvafiq olaraq öz tərəfdaş təşkilatını müəyyənləşdirməli, qarşılıqlı razılıq əldə etməli və həmin təklif formalarını Azərbaycan və ingilis dillərində cari ilin martın 3-dən iyulun 11-dək AMEA Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir.

Sonrakı mərhələdə tədqiqat və layihələr üzrə təkliflərin TÜBİTAK və AMEA tərəfindən qarşılıqlı razılıq əsasında müəyyənləşdirilərək təsdiq edilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: