Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

"ClimateLaunchpad - 2017" proqramının iştirakçılarına təlimlər keçirilib
10.07.2017 09:20
  • A-
  • A
  • A+

"ClimateLaunchpad - 2017" proqramının iştirakçılarına təlimlər keçirilib

5 avqust 2017-ci il tarixində dünyanın ən böyük "Yaşıl" biznes ideya müsabiqəsi olan "ClimateLaunchpad - 2017"nin Azərbaycan finalı baş tutacaq.

Proqramın ölkəmizdəki rəsmi tərəfdaşı “Social Innovation Lab”, qızıl sponsoru isə AMEA Yüksək Texnologiyalar Parkıdır (YTP).

Hazırda yerli ekspertlər tərəfindən final mərhələsinə vəsiqə qazanan 14 komanda üçün intensiv təlimlər keçirilir.

Qeyd edək ki, ölkə finalında ilk 3 yeri qazanan komandalar 17-18 oktyabr 2017-ci il tarixlərində Kipr Respublikasının Limasol şəhərində keçiriləcək dünya finalında iştirak etmək hüququ qazanacaqlar. Dünya finalında 1-ci yer 10 000, 2-ci yer 5000, 3-cü yer sahibləri isə 2500 avro pul mükafatı ilə təltif olunacaqlar.

Bundan əlavə, dünya finalında ilk 10 yeri tutan startap layihəsi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olunacaq. Akselerator proqramında hər bir layihəyə üç mərhələdə  95 000 avro maliyyə dəstəyi verilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: