Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb
12.07.2017 09:25
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 11 iyul 2017-ci il tarixində işıq üzü görüb.

Yeni nömrədə “Biliklər cəmiyyətinin formalaşmasına yönələn mühüm addım”, “Əsrimizin qlobal çağırışı”, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 2015-ci ilin kimya üzrə Nobel mükafatçısı Əziz Sancarla görüşü, AMEA-nın vitse-prezidentləri, akademiklər - İsa Həbibbəyliİbrahim Quliyevin Türkmənistana səfəri haqqında materiallar yer alıb.

Qəzetdə, həmçinin İmadəddin Nəsiminin vəfatının 600 illiyinə və Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş konfranslar, eləcə də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bəyanatı, “Azərbaycan mənşəli şairlər və filosoflar”, israilli alim Lev Eppelbaumla müsahibə və digər məlumatlarla tanış olmaq olar.

Bundan əlavə, nəşrdə «Призывы, проблемы, задачи», «В Совете директоров научных учреждений», «В основе - научная аргументация», «На дальних берегах», «Обсуждены сейсмологические исследования», «Вопреки инстинкту самосохранения», «Наука есть во всем», «Достигнуто соглашение» və digər maraqlı məlumatlar da təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: