www.science.az
04.03.2014 00:00

AMEA Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı kitabın təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı monoqrafiyasının I cildi daxil olub. MEK-in Heydər Əliyev İrsinin Təbliği Şöbəsində keçirilən kitab təqdimatında çıxış edən şöbə müdiri Gülşən Əliyeva ulu öndər Heydər Əliyevin çıxış və nitqlərinin araşdırılmasının bugün də öz aktuallığını qoruyub saxladığını bildirib. Qeyd edib ki, 14 fəsildən ibarət olan kitabın hər bir fəslində Heydər Əliyev nitqinin özünəməxsusluğundan söhbət açılır.

Sonra çıxış edən şöbənin əməkdaşı Aytən Qəzənfərqızı filologiya elmləri doktoru, professor Məsud Mahmudovun elmi redaktorluğu ilə çap olunan monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkülündə H.Əliyevin nitq və çıxışlarının kompleks şəkildə araşdırıldığını diqqətə çatdırıb. Həmçinin, kitabda H.Əliyev nitqində girişlər və sonluqlar, fəlsəfilik, səmimiyyət, qətiyyət, nikbinlik, poetizm, proqnozlar kimi elementlər, eləcə də onun fərdi üslubunun dərindən tədqiq edildiyini söyləyən A.Qəzənfərqızı monoqrafiyanın siyasət, dilçilik, diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsait olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.