Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan və İran seysmoloqları əməkdaşlıq edəcəklər
18.07.2017 15:19
  • A-
  • A
  • A+

Azərbaycan və İran seysmoloqları əməkdaşlıq edəcəklər

İranın Məşhəd Firdovsi Universitetinin Zəlzələ Araşdırma Mərkəzinin rəhbəri Səyyad Keivan Hosseini AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə tərəflər arasında birgə seysmoloji tədqiqatların aparılması və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.

Azərbaycanın seysmoloji sahədə inkişaf əldə etdiyini deyən qonaq İran seysmoloqlarının RSXM-lə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Görüşün sonunda birgə elmi tədqiqatların aparılmasına dair protokolun imzalanması ilə bağlı razılıq əldə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: