Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri” nəşr olunub
31.07.2017 10:10
  • A-
  • A
  • A+

Akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri” nəşr olunub

Akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri” (II cild) adlı kitabı çapdan çıxıb.

“Elm” nəşriyyatında çap olunan kitabın redaktoru akademik Nizami Cəfərovdur.

Kitab müəllifin türkologiya sahəsindəki irihəcmli araşdırmalarını özündə cəmləşdirir. Nəşrə “Orxon dastanlarının şeir sənətkarlığı”, S.Kramerin “Tarix Şumerdə(n) başlayır”, Mikayıl Baştunun “Şan qızı dastanı”, Seyid Əhməd Cəmaləddin İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” əsərləri haqqındakı yazılar, habelə müəllifin “Türklər üçün ortaq ünsiyyət dili” adlı monoqrafiyası daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: