www.science.az
09.08.2017 10:06

Bioloqlar ürək üçün sintetik “enerji həbləri”ni əvəz edən zülal aşkarlayıblar

Bioloqlar tərəfindən həm ürək əzələ liflərinin kütləsini artıran, həm də fiziki yüklənmə zamanı sintetik “enerji həbləri”ni əvəz edən zülal aşkarlanıb.

ria.ru saytı xəbər verir ki, alimlərin kəşf etdiyi “Kardiotrofin-1” adlı zülal ürək hüceyrələrinin ölçüsünü normal şəkildə böyüdərək damarların genişlənməsini stimullaşdırır. Bu isə idman məşqləri zamanı ürəyin davamlılığını artırır.

Kanadanın Ottava Universitetinin əməkdaşı Lin Megeni bildirib ki, alimlər çoxdan ürəyin bu cür işləməsinə kömək edə bilən mexanizm axtarırdılar. Nəhayət, bioloqlar “Kardiotrofin-1” adlanan zülalı bir çox maddələrlə qarışdıraraq bu problemin həllini tapıblar. Qeyd olunan maddə, ilk növbədə, siçanlar üzərində təcrübədən keçirilib. Nəticədə CT tərkibli inyeksiyaların ürəkdə hipertrofiyanın inkişafını dayandıraraq ürək tutmasının qarşısını aldığı məlum olub.

L.Megeni qeyd edib ki, yeni mexanizm idmandan məhrum olan və bir çox ürək xəstəliklərindən əziyyət çəkən insanların həyatını xilas edə biləcək.