Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Kainatı kəşf edək” fotomüsabiqəsi elan edilib
11.08.2017 13:51
  • A-
  • A
  • A+

“Kainatı kəşf edək” fotomüsabiqəsi elan edilib

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə “Kainatı kəşf edək” fotomüsabiqəsi elan edilir.

Avqustun 11-dən sentyabrın 20-dək peşəkar fotoqraf və həvəskarlar tərəfindən səmanın gözəlliyini əks etdirən fotoşəkillər qəbul olunacaq. Fotolar kodlaşdırıldıqdan sonra peşəkar münsiflər – Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq CəlilovMemarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Azərbaycan Fotoqrafları Birliyi idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən qiymətləndiriləcək. Səmanın ən gözəl görüntüsünü çəkən üç fotoqraf hədiyyələr və “Kainata səyahət” astroturizm mərkəzində istirahət imkanı qazanacaq, rəsədxananın xüsusi diplomu ilə təltif ediləcək. Müsabiqənin nəticələri rəsədxananın rəsmi saytında dərc olunacaq. Müsabiqənin yekununda iştirakçıların 30-dək fotosunun yer aldığı fotosərginin təşkili nəzərdə tutulub. Sərgi iştirakçısı olan fotoqraflara sertifikat veriləcək.

Fotolar sentayabrın 20-dən gec olmayaraq shaophoto1@gmail.com ünvanına göndərilməlidir.

Müsabiqə barədə ətraflı məlumatı http://www.shao.az saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: