Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ədəbi-elmi portretlər” kitabı işıq üzü görüb
14.08.2017 12:50
  • A-
  • A
  • A+

“Ədəbi-elmi portretlər” kitabı işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Vüqar Əhmədin “Ədəbi-elmi portretlər” kitabı çapdan çıxıb.  

Nəşrə müəllifin ustad şair Məhəmmədhüseyn Şəhriyar, Hüseyn Cavid, Əliağa Vahid, Seyid Cəfər Pişəvəri, Hacı Mail və başqaları haqqında yazdığı portret–oçerkləri toplanıb.

Kitabdakı ilk oçerk AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli haqqındadır. Oçerkdə akademik İ.Həbibbəylinin çağdaş ədəbiyyatşünaslıqdakı mövqeyi ilə yanaşı, ictimai xadim kimi xidmətlərindən, elm və təhsilin inkişafı istiqamətində fəaliyyətindən danışılır, bir rəhbər kimi dəyərləri, insani xüsusiyyətləri vurğulanır.

Bu yaxınlarda Məhəmmədhüseyn Şəhriyarın farsca şeirlərinin poetik tərcüməsini Azərbaycan oxucusuna təqdim edən V.Əhməd ustad şairin əsrarəngiz yaradıcılığının əsasında onun sadəliyinin durduğunu vurğulayır, bu sadəliyin mahiyyətini açmağa çalışır, “Heydər babaya salam” poemasını haqlı olaraq milli ədəbiyyatımızın yaradıcılıq uğuru kimi dəyərləndirir.

Kitabda, həmçinin müəllifin müəllimi, unudulmaz alim Xeyrulla Məmmədov haqqında oçerk də yer alıb. Oçerk Xeyrulla Məmmədovun alim və müəllim kimi xarakterik xüsusiyyətlərini açmaqla yanaşı, həm də müəllim–tələbə münasibətlərini əks etdirən nümunə kimi dəyərlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: