Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Nəhəng asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından keçəcək
21.08.2017 09:32
  • A-
  • A
  • A+

Nəhəng asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından keçəcək

NASA astronomları böyük bir asteroidin sentyabrın 1-də dünyanın yaxınlığından təhlükəsiz keçid edəcəyini bildiriblər. “Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından ötüb keçəcək.

Bununla əlaqədar NASA öz vebsaytına asteroidin keçmə anını əks etdirən GIF təsvir verib. Bildirilib ki, “Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq.

Qeyd edək ki, “Florence” asteroidi ilk dəfə 1981-ci ildə amerikalı astronom Schelte J.Bus tərəfindən kəşf edilib.

  • Paylaş: