Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Muzeydə “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinə hazırlıq işləri görülür
22.08.2017 12:08
  • A-
  • A
  • A+

Muzeydə “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinə hazırlıq işləri görülür

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir.

Məlumdur ki, muzeyin kolleksiyasında Azərbaycanın Ağqoyunlu, Səfəvilər və Şirvanşahlar dövlətlərinə aid unikal eksponatlar qorunur. Şirvanşahlar dövlətinə aid eksponatlar sırasında dövlət başçıları Keykubad, I Xəlilullah və Fərruh Yasara aid silahlar xüsusi yer tutur. Muzeydə şirvanşahların “çövşən” növünə aid yaraqları, həmçinin “tülbənd” növünə aid dəbilqələri mövcuddur. Eyni zamanda, dünya muzeylərinin fondlarında Azərbaycana aid qorunan yeni eksponatların müəyyən olunması istiqamətində də araşdırmalar davam edir.

Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinin açılışı bu ilin payızına planlaşdırılır. Sərgidə dövlətin çoxəsrlik tarixini, yüksək inkişaf səviyyəsinə çatmış iqtisadiyyatını, unikal sənətkarlığını, zəngin mədəniyyətini əyani olaraq görməyə imkan verən eksponatlar nümayiş olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: