Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər Antarktidada buz altında 91 vulkan tapıblar
22.08.2017 16:03
  • A-
  • A
  • A+

Alimlər Antarktidada buz altında 91 vulkan tapıblar

Edinburq Universitetinin alimləri Qərbi Antarktidanın buz qatından 4 km dərinlikdə 91 vulkan tapıblar.

ren.tv saytı xəbər verir ki, vulkanlardan ən hündürü İsveçrədə yerləşən 4000 metrlik Eyger dağı ilə müqayisə olunur. Hazırda mütəxəssislər vulkanların aktivliyini və onların nə zaman püskürəcəyini müəyyən etməyə çalışırlar. 

Alimlərdən biri Robert Binqam bildirib ki, əvvəllər Antarktidada 47 vulkanın olduğu deyilirdi. Lakin son araşdırmalara əsasən, qitədə 100 metrdən 3850 metrədək hündürlüyə püskürə bilən 91 obyekt olduğu təsdiqlənib. Vulkanlar indi aktivlik göstərmir və dörd kilometr dərinlikdə buz altında yerləşir. Vulkanların püskürməsinin Antarktidanın buzlarına necə təsir göstərəcəyi hələlik məlum deyil.

  • Paylaş: