Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

23.08.2017 12:43
  • A-
  • A
  • A+

Belarusun ölkəmizdəki səfiri Azərbaycan Milli Elmlər Akademiyasında olub

Belarusun ölkəmizdəki səfiri Azərbaycan Milli Elmlər Akademiyasında olub

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi tədqiqatların təkmilləşdirilməsi istiqamətində hazırkı imkanlar və müxtəlif tədbirlərin, görüşlərin təşkili kimi məsələlər müzakirə olunub.

Akademik İbrahim Quliyev AMEA-nın elmi müəssisələrində Azərbaycan-Belarus elmi-texniki əməkdaşlığına dair proqram çərçivəsində görülən işlərdən danışıb. Vitse-prezident AMEA ilə Belarusun elmi mərkəzləri arasında elmi-tədqiqat sahəsində birgə layihə və inkişaf proqramlarının həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Bildirilib ki, Belarus tərəfdən təqdim olunan layihələr müzakirə olunduqdan sonra rəy və təkliflər irəli sürüləcək.

Səmimi qəbula görə AMEA rəhbərliyinə təşəkkürünü bildirən Gennadi Axramoviç ölkələrimiz arasında elmi-texniki əməkdaşlığı genişləndirmək üçün böyük imkanlar olduğunu bildirib. Belarusun Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan səfir elmin müvafiq sahələrində də əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin AMEA Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: