www.science.az
25.08.2017 14:31

AMEA Yüksək Texnologiyalar Parkında növbəti təlim-seminar təşkil ediləcək

Avqustun 28-dən 31-dək Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq çərçivəsində Avropa Birliyinin TAİEX - Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsinin mütəxəssisləri tərəfindən AMEA Yüksək Texnologiyalar Parkında təlim-seminar təşkil olunacaq.

Sloveniyanın Lyublyana Texnoparkının mütəxəssisləri tərəfindən keçiriləcək seminar “İnnovasiyalar və texnologiyaların idarə olunması” mövzusuna həsr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.