Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA Şəki Regional Elmi Mərkəzi Qəbələdə keçirilən V Beynəlxalq Mürəbbə Festivalında iştirak edib
30.08.2017 14:50
  • A-
  • A
  • A+

AMEA Şəki Regional Elmi Mərkəzi Qəbələdə keçirilən V Beynəlxalq Mürəbbə Festivalında iştirak edib

Avqustun 26-da Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Festivalda 22 ölkənin, 44 şəhər və rayonun şirniyyatçıları iştirak ediblər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında keçirilən festivalı 5 mindən çox yerli və xarici turist izləyib.

Ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə keçirilən festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya yaradılıb. Müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis və ekspertlərin daxil olduğu münsiflər heyəti qalibləri müəyyən edib.

Festivala uzun illərdir ki, Azərbaycan elminə müvafiq sahədə mühüm töhfələr vermiş AMEA Şəki Regional Elmi Mərkəzi də dəvət olunub. Mərkəz müsabiqəyə hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa, 8 növdə qeyri-adi mürəbbələr (qarğıdalı, günəbaxan, yemiş, limon, bənövşə, nanə, itburnu, eləcə də müalicəvi çiçək və otlardan, bitkilərdən hazırlanan mürəbbələr) təqdim edib.

Şəki Regional Elmi Mərkəzi festivalda fəal iştirakına görə Azərbaycan Milli Kulinariya Assosasiyasının prezidenti Tahir Əmiraslanov tərəfindən diplomla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  

  • Paylaş: