Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qəsri-Şirin müqaviləsinin mətni Azərbaycan dilində yazılıb
05.09.2017 14:39
  • A-
  • A
  • A+

Qəsri-Şirin müqaviləsinin mətni Azərbaycan dilində yazılıb

Səfəvilər dövləti ilə Osmanlı dövləti arasında 1639-cu ildə imzalanmış Qəsri-Şirin müqaviləsinin mətni transliterasiya olunub.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov müqaviləni XVII əsrin görkəmli dövlət xadimi, tarixçisi və şairi Məhəmməd Tahir Vəhid Qəzvininin “Abbasnamə” kitabından götürərək transliterasiya edib. 

Alim aparılan tədqiqat nəticəsində müəyyən edib ki, uzun müddət iki dövlət arasındakı ərazi iddialarına son qoyan bu müqavilə Azərbaycan dilində yazılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: