Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan alimlərinin kitabı Almaniyada çapdan çıxıb
06.09.2017 17:11
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin kitabı Almaniyada çapdan çıxıb

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, texnika elmləri doktoru, professor Ramin Rzayev və BDU-nun dosenti Zeynal Camalovun “Universitetlərin çox meyarlı ranqlaşdırılmasının qeyri-səlis metodologiyası” adlı kitabı Almaniyada çapdan çıxıb.

Almaniyanın “Palmarium Academic Publishing” nəşriyyatında çapdan çıxan kitabda qeyri-müəyyənlik şəraitində alternativlərin çox meyarlı seçiminin qeyri-səlis üsulları, həmçinin təhsil xidmətlərinin kompleks qiymətləndirilməsi, universitetlərin ranqlaşdırılması və onların strukturlarının optimallaşdırılması ilə bağlı olan məsələlərin həllinə dair yeni yanaşmalar şərh edilib.

Yeni nəşr texniki ixtisas sahələri üzrə təhsil alan doktorantlar və mütəxəssislər üçün nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: