www.science.az
08.09.2017 13:26

Alimlər elastik xassəyə malik karbonun yeni formasını yaradıblar

ABŞ-ın Vaşınqton şəhərində yerləşən Karneqi İnstitutunun və Çinin Yanşan Universitetinin birgə tədqiqat qrupu  karbonun yeni forması olan materialı sintez ediblər. Yüksək möhkəmliyi ilə seçilən bu material rezin kimi elastik xassəyə malikdir. 

www.novostiit.net saytının məlumatına görə, işıq və elektik cərəyanını keçirmə qabiliyyətinə malik yeni material kosmos, hərbi texnika, həmçinin məişət avadanlıqlarında istifadə oluna bilər.