www.science.az
12.09.2017 17:08

Mərkəzi Elmi Kitabxanaya bir sıra kitabların elektron versiyaları hədiyyə olunub

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi yanında Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) bir sıra kitabların elektron versiyaları hədiyyə edilib.

Hədiyyə olunan kitablara “Azərbaycanın mədəni mirası”, “Özbək və Azərbaycan poezisiyasının çağdaş özəllikləri”, “Müasir Azərbaycan poeziyası antologiyası”, Əli Həsənovun “Geosiyasət”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” poemaları, özbək tarixçisi Şöhrət Salamovun “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” və “Qarabağ: İdeyalar müharibəsi. Millətçilik, terrorizm, genosid” kitabları daxildir.

MEK tərəfindən isə Mədəniyyət Mərkəzinin fonduna “Kəlağayı”, “Macarıstan türkologiyası, Georq Hazai və Azərbaycan”, İmre Madaçın “İnsanın faciəsi”, Azərbaycan Respublikası Nazirlər Kabineti (ARNK) yanında Tərcümə Mərkəzinin və Kolumbiyanın Azərbaycandakı Səfirliyinin birgə hazırladığı “Azərbaycan-Kolumbiya: İyirmi şeir” kitablarının elektron versiyaları təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.