Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Bir qalanın bürcləri: Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Nizami Cəfərov” kitabı oxucuların ixtiyarına verilib
13.09.2017 16:08
  • A-
  • A
  • A+

“Bir qalanın bürcləri: Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Nizami Cəfərov” kitabı oxucuların ixtiyarına verilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Rahid Uluselin “Bir qalanın bürcləri: Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Nizami Cəfərov” kitabı oxucuların ixtiyarına verilib.

“Elm və Təhsil” nəşriyyatında çapdan çıxan kitabda müasir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin dayaqlarının möhkəmləndirilməsində böyük xidmətləri olan, həyat, düşüncə və axtarış yolları, mövqeləri ən mühüm milli məsələlərdə birləşən Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı və Nizami Cəfərovun fəaliyyət və yaradıcılığından bəhs edilir.

Nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçisi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğludur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: