www.science.az
14.09.2017 11:30

Tanınmış fotoqraf Lavrenti Breqadzenin Azərbaycanda çəkdiyi fotolardan ibarət albom hazırlanır

Tanınmış fotoqraf Lavrenti Breqadzenin nəvəsi, kimyaçı alim Vladimir Breqadze AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Görüşdə muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, L.Breqadze XX əsrdə Azərbaycan ilə bağlı bir çox hadisələri əbədiləşdirib və hazırda həmin fotolardan ibarət albom hazırlanır. Qonağın da babası kimi ölkəmizə bağlı olduğunu deyən akademik R.Hüseynov onun bir çox azərbaycanlı kimyaçı alimin yetişməsində müstəsna rolundan söz açıb.

V.Breqadze Bakı ilə mütəmadi maraqlandığını və babasının əsərlərinin saxlandığı məkanlara baş çəkdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Lavrenti Breqadze (1876-1967) XX əsrin ilk onilliklərində Bakıda yaşayıb. Həmin illərdə Bakıda su kəmərinin tikintisi, Aleksandr Nevski prospektinin sökülməsi, Bakı Dəmir Yolu Vağzalı, Bakı küçələri, Bakı şəhərində konka, Qara şəhər, Azərbaycan Dövlət Filarmoniyasının binası, Dağüstü park və digər hadisələri lentə alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.