Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Mərkəzi Elmi Kitabxanada “Yusif Vəzir Çəmənzəminli–130” mövzusunda kitab sərgisi təşkil olunub
19.09.2017 13:31
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada “Yusif Vəzir Çəmənzəminli–130” mövzusunda kitab sərgisi təşkil olunub

AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan ədəbiyyatının parlaq şəxsiyyətlərindən biri, dövlət xadimi, Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi münasibətilə sərgi açılıb.

Sərgidə ədibin hekayələri, romanları, ədəbi tənqidi və publisistik yazıları, oçerk və xatirələrini əks etdirən “Seçilmiş əsərləri”, “Qızlar bulağı”, “Əli və Nino”, “Xarici siyasətimiz” və digər nəşrlər, kitabxananın fondunda saxlanılan kitabları nümayiş olunur.

Azərbaycan milli məfkurəsinin oyanışında öz dəsti-xətti ilə seçilən tarixi şəxsiyyətlərin zəngin irsinin təbliği məqsədilə təşkil olunan sərgi iki həftə davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: