Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Yazdım ki, izim qala...” kitab-albomu çapdan çıxıb
20.09.2017 12:28
  • A-
  • A
  • A+

“Yazdım ki, izim qala...” kitab-albomu çapdan çıxıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşrə hazırladığı “Yazdım ki, izim qala...” kitab-albom işıq üzü görüb. 

Kitabda görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin AMEA Əlyazmalar İnstitutu haqqında fikirləri, institutu müxtəlif illərdə ziyarət etmiş xarici qonaqların xatirə kitabına yazdığı ürək sözləri, bu səfərləri özündə əks etdirən şəkillər, sənədli məlumatlar öz əksini tapır. 

Yeni nəşrin elmi məsləhətçisi AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli, tərtibçisi və ön sözün müəllifi Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovadır. Kitabın redaktorları fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və prof. Fərid Ələkbərlidir

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: