Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Şahbaz Muradovun biobiblioqrafik göstəricisi çap olunub
21.09.2017 12:31
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Şahbaz Muradovun biobiblioqrafik göstəricisi çap olunub

Mərkəzi Elmi Kitabxana tərəfindən görkəmli iqtisadçı alim, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun anadan olmasının 75 illiyinə həsr olunan biobiblioqrafik göstəricisi hazırlanıb.

“Azərbaycanın elm və mədəniyyət xadimləri” layihəsi çərçivəsində çap olunan kitabın tərtibçiləri - Kəmalə Məmmədova, Mülayim Əmirli, redaktoru K.Məmmədovadır.

Nəşrə alimin 1962-2016-cı illərdə çap edilmiş kitab və broşüraları, Azərbaycan, rus, ingilis dillərində dərc olunmuş elmi məqalələri, respublika və beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlardakı məruzə və çıxışları, elmi-tədqiqat işləri və digər araşdırmaları daxil edilib. Kitabda, həmçinin Ş.Muradovun elmi rəhbərliyi və opponentliyi ilə müdafiə olunmuş dissertasiyalar, redaktə etdiyi əsərlər, alimin həyatı və elmi fəaliyyəti haqqında ədəbiyyat da ayrıca bölmədə əksini tapıb.

Vəsait iqtisadiyyat və idarəetmə sahəsi üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: