Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yüksək Texnologiyalar Parkının əməkdaşları Belarusda keçirilən beynəlxalq konfransda iştirak ediblər
22.09.2017 15:08
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının əməkdaşları Belarusda keçirilən beynəlxalq konfransda iştirak ediblər

Belarusun paytaxtı Minsk şəhərində "İnnovativ ideyalardan uğurlu biznesə: Şərq Tərəfdaşlığı ölkələrində innovativ şirkətlərin erkən mərhələdə maliyyələşdirilməsində milli sistemlərin təşviq edilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın məqsədi Şərq Tərəfdaşlığı ölkələrində startapların, gənc sahibkarların erkən mərhələdə qarşılaşdıqları maneələri müəyyən etmək, Avropa İttifaqına üzv ölkələrin təcrübəsindən istifadə edərək onları aradan qaldırmaq olub.

Avropa Komissiyası tərəfindən təşkil olunan konfransda ölkəmizi AMEA Yüksək Texnologiyalar Parkının (YTP) əməkdaşları təmsil ediblər.

Tədbirdə “Keçid iqtisadiyyatında kiçik və orta müəssisələr və innovasiya”, “Milli kontekstdə: innovativ müəssisələrin erkən mərhələdə maliyyələşməsində maneələr”, “Biznes və innovasiyanın dəstəklənməsi”, “Şərq Tərəfdaşlığı ölkələrində kiçik və orta müəssisələrin inkişafının dəstəklənməsində Avropa İttifaqı alətlərindən istifadə” mövzularına dair təqdimatlar keçirilib.   

Konfransdan sonra Azərbaycan nümayəndə heyəti “Şərq Tərəfdaşlıq PLUS” (EaP PLUS) layihəsinin koordinatoru George Bonas ilə görüşüb. Görüşdə YTP-nin həyata keçirdiyi “Elm-Təhsil-Biznes Əməkdaşlığı Platforması” layihəsi çərçivəsində əməkdaşlıq imkanları, avropalı mentorların dəstək proqramları və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: