Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Səbail rayonunun gəncləri Milli Azərbaycan Tarixi Muzeyində olublar
25.09.2017 09:07
  • A-
  • A
  • A+

Səbail rayonunun gəncləri Milli Azərbaycan Tarixi Muzeyində olublar

YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə rayon gəncləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

Məqsəd gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin milli tariximizi dərindən öyrənməsi olub.

Ekskursiya zamanı qonaqlara muzeyin yerləşdiyi binanın tarixi və burada nümayiş olunan ekspozisiyalar haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, muzeydə 300 minədək maddi mədəniyyət nümunəsi, tariximizin müxtəlif dövrlərini əks etdirən 80 mindən artıq nadir jurnal, kitab və qəzetlər toplanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: