Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Maddi-mədəniyyət nümunələrimiz milli yaddaş xəzinəsidir
25.09.2017 10:56
  • A-
  • A
  • A+

Maddi-mədəniyyət nümunələrimiz milli yaddaş xəzinəsidir

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın birgə tədbirləri nəticəsində Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən 385 ədəd maddi-mədəniyyət nümunəsi Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin ilkin rəyinə əsasən, həmin maddi-mədəniyyət nümunələri, o cümlədən əksəriyyəti daş dövrünün müxtəlif mərhələlərinə və ilk orta əsrlər dövrünə aid olan tuncdan və dəmirdən hazırlanmış döyüş silahları, təsərrüfat təyinatlı saxsı qablar və onların qalıqları, daş əmək alətləri, qadın bəzək əşyaları, gümüş sikkələr tarixi əhəmiyyətə malikdir və onların arxeoloji tədqiqatına ehtiyac var. Bu tapıntılar öyrənildikdən sonra muzeylərdə nümayiş etdiriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: