Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

"Ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb
26.09.2017 11:24
  • A-
  • A
  • A+

"Ağıllı" geyim üçün elastik günəş panelləri yaradılıb

Yaponiyadan olan alimlər qrupu tərəfindən hazırlanmış elastik və su keçirməz günəş panelləri müxtəlif sensorlarla təchiz edilmiş “ağıllı” geyim istehsalında geniş tətbiq edilə bilər.

www.hvylya.net saytı xəbər verir ki, alimlər panellərdə aktiv qat kimi orqanik polimerlərdən istifadə ediblər. Elementlər su və oksigenin təsirindən müdafiə üçün parilen adlı polimerlə örtülüb. Panellərin effektivliyi 7,9% təşkil edir. Bu göstərici isə “ağıllı” geyimə quraşdırıla bilən sağlamlıq monitorinqi sensorlarının enerji ilə doldurulması üçün panellərdən istifadəyə imkan verir.

  • Paylaş: