Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.09.2017 14:27
  • A-
  • A
  • A+

Folklor İnstitutunun alimləri Türkiyədə keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

Folklor İnstitutunun alimləri Türkiyədə keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

Türkiyənin Bolu şəhərində “Boludan türk dünyasına “Koroğlu” araşdırmalarının dünəni, bu günü, sabahı” adlı beynəlxalq tədbir keçirilib.

Dünyanın 13 ölkəsinin alim və mütəxəssislərinin iştirak etdiyi konfransda Azərbaycanı AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovDədə Qorqud şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlı təmsil edib.

Tədbirdə akademik M.İmanov “Azərbaycanda Koroğlu ilə bağlı araşdırmaların dünəni, bu günü, sabahı" adlı məruzə ilə çıxış edib. Alim məruzəsində eposun SSRİ dövründə Azərbaycanda işıq üzü görən mətnlərindəki nöqsanlardan, xalq dastanının ayrı-ayrı qollarının sovet ideologiyasına uyğunlaşdırılmasından danışıb. O, Çindən Macarıstana qədər böyük ərazidə yayılan dastanın XXI əsr variantlarının lent və yazıya alınaraq nəşr olunması təkliflini irəli sürüb.

Akademikin təklifi Bolu Bələdiyyəsi və Ege Universitetinin Türk Araşdırmaları İnstitutu tərəfindən dəstəklənərək tədbirin yekun qərarına salınıb.

Konfransda R.Qafarlı “Koroğlu” eposunun Azərbaycanda çapı və araşdırmalarının tarixinə qısa baxış” adlı məruzə ilə çıxış edib. Məruzədə dastanın bütün nəşrlərinin qısa təsviri verilib, mətnlərdəki nöqsanların səbəblərinə aydınlıq gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: