Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Rauf Qardaşov Rusiyada keçirilən beynəlxalq konfransda məruzə edib
26.09.2017 15:22
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Rauf Qardaşov Rusiyada keçirilən beynəlxalq konfransda məruzə edib

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin müdürü, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Təbii suların optikasının müasir problemləri” adlı IX beynəlxalq konfransda iştirak edib.

Tədbirdə daxili su hövzələrinin, o cümlədən Xəzər dənizinin ekoloji durumunun və bio-mühitinin məsafədən tədqiqinə dair yeni araşdırmaların nəticələrinə dair məruzələr dinlənilib.

Azərbaycanlı alim konfransın plenar iclasında “Günəş parıltılarının xarakteristikalarına görə dəniz səthinin ani formasının təyini” mövzusunda məruzəsini təqdim edib.

R.Qardaşovun məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: