Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mirzə Kazımbəyin dünyaca məşhur olan əsəri Azərbaycan dilində çapdan çıxıb
27.09.2017 15:44
  • A-
  • A
  • A+

Mirzə Kazımbəyin dünyaca məşhur olan əsəri Azərbaycan dilində çapdan çıxıb

Böyük dilçi və şərqşünas alim Mirzə Kazımbəyin dünyaca məşhur "Türk-tatar dilinin qrammatikası" əsəri bugünlərdə Azərbaycan dilində geniş şərhlərlə çapdan çıxıb. 

Azərbaycan dilçiliyinin və ümumən türkologiyanın şah əsərini müəllifin ana dilinə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov tərcümə edib.

Kitabın elmi məsləhətçisi akademik Tofiq Hacıyev, elmi redaktorları - akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov və Dilçilik İnstitutunun dissertantı Elnurə Abbasovadır.

Yeni nəşr türkologiya, Azərbaycan dilçiliyi və ümumi dilçilik sahələrinin öyrənilməsi baxımından dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: