Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Məktəblilər arasında Kimya üzrə Olimpiada keçiriləcək
13.03.2014 00:00
  • A-
  • A
  • A+

Məktəblilər arasında Kimya üzrə Olimpiada keçiriləcək

AMEA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı və Sumqayıt şəhərlərinin IX-X sinif şagirdlərinin Kimya üzrə Olimpiadası keçiriləcək. Olimpiada 2015-ci ildə məktəblilərin Kimya üzrə Dünya Olimpiadasının Azərbaycanda keçirilməsi və iştirak edəcək komandanın hazırlanması ilə əlaqədar təşkil olunur.

AMEA Rəyasət Heyətinin iclasında Kimya üzrə Olimpiadanın Əsasnaməsi təsdiq edilib, Münsiflər heyəti yaradılıb. Münsiflər heyətinə 1 həftə müddətində test bankının, ondan istifadə və cavabları qiymətləndirmə proqramının hazırlanması tapşırılıb.

AMEA-nın müxbir üzvü Dilqəm Tağıyevin bildirdiyinə görə, olimpiadanın martın 29-da AMEA Neft-Kimya Prosesləri İnstitutunda keçirilməsi nəzərdə tutulub. Qaliblərdən ibarət komandanın Kimya üzrə Dünya Olimpidasına hazırlıqları AMEA Neft-Kimya Prosesləri İnstitutunun bazasında təşkil olunacaq. Qaliblər AMEA-nın Fəxri fərmanı və hədiyyələri ilə mükafatlandırılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: