Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib
03.10.2017 10:24
  • A-
  • A
  • A+

Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Oktyabrın 2-də AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İ.Həbibbəyli Azərbaycan-Çin elmi əlaqələrinin müasir inkişaf istiqamətlərindən danışıb. Ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan akademik Çindən Azərbaycana tez-tez müxtəlif elm sahələri nümayəndələrinin səfərlərinin təşkil olunduğunu və elmi əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb. Akademik İ.Həbibbəyli bu yaxınlarda ÇİEA prezidentinin rəhbərliyi ilə böyük nümayəndə heyətinin AMEA-nın qonağı olduğunu, birgə tədbirlərin keçirildiyini və hərtərəfli müzakirələrin aparıldığını xatırladıb. O, iki ölkə arasındakı elmi münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

ÇİEA-nın Rusiya və Şərqi Avropa tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Vanq Xiaoju qonaqpərvərliyə görə AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycan ilə bağlı təəssüratlarını bölüşən qonaq deyib ki, səfər çərçivəsində maraqlı elmi konfrans keçirilib və Azərbaycan-Çin əməkdaşlığının geosiyasi aspektləri müzakirə olunub.

Sonda akademik İ.Həbibbəyli qonaqlara xatirə hədiyyəsi təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: