Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim ardıc ağaclarının tədqiqi ilə bağlı beynəlxalq tədbirdə iştirak edib
03.10.2017 17:23
  • A-
  • A
  • A+

Azərbaycanlı alim ardıc ağaclarının tədqiqi ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru, b.ü.f.d. Vahid Fərzəliyev Fransanın Marsel şəhərində elmi ezamiyyətdə olub.

V.Fərzəliyev səfər çərçivəsində Eks-Marsel Universiteti və Aralıq Dənizi Hövzəsinin Dəniz və Quru Biomüxtəlifliyi və Ekologiyası İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Ardıc ağaclarının tədqiqi” mövzusunda beynəlxalq elmi seminarda iştirak edib. Tədbirdə son illərdə dünyada ardıc ağaclarının tədqiqi ilə bağlı əldə olunan mühüm elmi nəticələr və gələcəkdə koordinasiya olunacaq birgə layihələr müzakirə olunub.

V.Fərzəliyev, həmçinin Fransanın Ardeş əyalətinə təşkil olunan ekspedisiyada iştirak edib, meşə ekosistemləri istiqamətində aparılan çöl-tədqiqat işləri ilə tanış olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: