www.science.az
06.10.2017 09:19

Zoologiya İnstitutunun əməkdaşı “Azərkosmos” ASC tərəfindən elan edilən müsabiqənin qalibi olub

AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov “Azərkosmos” ASC-nin “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsinin qalibi olub.

Alimə mükafat olaraq, “Azərkosmos” ASC tərəfindən Azərbaycanın son aerokosmik görüntüləri və elektron xəritələri təqdim ediləcək.

Bundan əlavə, institutun əməkdaşları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilən nəsli təhlükədə olan növlərin yaşayış yerlərinin kompüter modelləşməsini aparacaqlar. Əldə olunan modellər bu növlərin yayıla biləcəyi bütün potensial əraziləri müəyyən etməyə imkan verəcək və gələcəkdə onların həmin ərazilərdə bərpa olunması proqramlarında istifadə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.