Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Fəlsəfə İnstitutu Rusiya Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək
06.10.2017 14:02
  • A-
  • A
  • A+

AMEA-nın Fəlsəfə İnstitutu Rusiya Elmlər Akademiyası ilə əməkdaşlıq edəcək

Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutunda bu qurumun “Fəlsəfənin sualları” jurnalının fəaliyyətə başlamasının 70 illiyinə həsr olunan konfrans keçirilib.

Konfransda ölkəmizi AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə təmsil edib.

Yubiley tədbirində çıxış edən İ.Məmmədzadə jurnalın fəaliyyətini yüksək qiymətləndirib və fəlsəfə ilə bağlı yeniliklərin nəşrdə mütəmadi əks olunduğunu söyləyib. Qeyd edib ki, jurnalın elmin və fəlsəfi mühitin təhlili, fəlsəfə və tarix, fəlsəfə və mədəniyyət bölmələrindəki analitik məqalələr oxucuların maariflənməsinə xidmət edir.

Tədbir çərçivəsində, həmçinin REA-nın Fəlsəfə İnstitu ilə AMEA-nın Fəlsəfə İnstitutu arasında əməkdaşlığa dair razılıq əldə olunub. Razılaşmaya əsasən, 2018-ci ilin aprel ayında Bakıda Rusiya filosoflarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən elmi konfrans keçiriləcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: