Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Cocuq Mərcanlıda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
06.10.2017 14:58
  • A-
  • A
  • A+

Cocuq Mərcanlıda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə alimlər, jurnalistlər və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Səfər çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun Novruz Aslanov adına tam orta məktəbinin kollektivi ilə görüş keçirilib. Görüşdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva və digərləri çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dil, təhsil və elm siyasətinin prioritet istiqamətlərindən danışıb, insan kapitalının formalaşmasında orta məktəblərin xüsusi rola malik olduğunu bildiriblər. 

Görüşdə müəllimlərə Bilik Fondunun bayram hədiyyələri təqdim olunub.

Məktəbin direktoru Zamin Həziyev göstərilən diqqət və qayğının pedaqoji kollektivdə, həmçinin şagirdlərdə ruh yüksəkliyi yaratdığını vurğulayıb.

Sonra Cəbrayıl Rayon Təhsil İdarəsinin müdiri Validə Həsənova çıxış edərək müəllimləri peşə bayramları münasibəti ilə təbrik edib, Bilik Fonduna Cocuq Mərcanlı məktəbinə ayırdığı xüsusi diqqətə görə təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, xalq mahnıları ifa ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: