Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Yasnaya polyana” ədəbi mükafatının “Xarici ədəbiyyat” nominasiyası üzrə qalibi məlum olub
06.10.2017 13:08
  • A-
  • A
  • A+

“Yasnaya polyana” ədəbi mükafatının “Xarici ədəbiyyat” nominasiyası üzrə qalibi məlum olub

“Yasnaya polyana” ədəbi mükafatının ekspertləri “Xarici ədəbiyyat” nominasiyası üzrə qalibi elan edib.

Mükafat “Xarici ədəbiyyat” kateqoriyasında yazıçı Maria Varqas Lyosaya “Təvazökar qəhrəman” kitabına görə verilib. Mükafat “Bolşoy teatr”da keçiriləcək mərasimdə təqdim ediləcək.

Yazıçı Latın Amerikasının klassiklərindən hesab olunur. Onun “Təvazökar qəhrəman” kitabı 20 dilə tərcümə olunub, ondan çox ölkədə bestsellərə çevrilib.

“Yasnaya polyana” mükafatının bu nominasiyası 2015-ci ildən verilir. Yeni nominasiyanın mükafat fondu iki hissədən ibarətdir: 1 milyon rubl məbləğində bir mükafat qalib əsərin müəllifi olan xarici yazıçıya təqdim ediləcək, 200 min rubl məbləğində ikinci mükafatı isə bu kitabı rus dilinə çevirmiş tərcüməçi alacaq.

Qeyd edək ki, keçən il bu mükafata Orxan Pamuk layiq görülüb.

RİA.ru

  • Paylaş: