Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Bakıda şəbəkə idarəetmə sistemləri və seysmik analitik alətlər üzrə beynəlxalq seminar keçiriləcək
19.10.2017 17:28
  • A-
  • A
  • A+

Bakıda şəbəkə idarəetmə sistemləri və seysmik analitik alətlər üzrə beynəlxalq seminar keçiriləcək

23-27 oktyabr 2017-ci il tarixlərində saat 10:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Şəbəkə idarəetmə sistemləri və seysmik analitik alətlər üzrə təlim" mövzusunda beynəlxalq seminar keçiriləcək. 

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi, Ukrayna Elm və Texnologiya Mərkəzi, Lourens adına Milli Livermor Laboratoriyası, ABŞ-ın Enerji Departamenti və ABŞ-ın Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutunun (IRIS) dəstəyi ilə baş tutacaq tədbirdə dünyanın 20-dən artıq ölkəsindən seysmoloqların iştirakı nəzərdə tutulur.

Beynəlxalq seminarda IRIS Data Management Tools, ObsPy (Phyton Toolbox for Seismology), SeisComp3 (Data Acquisition and Processing Tool), ILoc (Event location Tool) kimi mövzular müzakirə olunacaq.

Məlumat üçün bildirək ki, IRIS 120-dən çox ABŞ universitetinin konsorsiumudur. Əsas qərargahı Vaşinqtonun Delaver əyalətində yerləşir. Təşkilatın üç əsas fəaliyyət istiqaməti vardır: cihazlaşdırma xidmətləri, məlumat xidmətləri, təhsil və ictimai tədqiqat bölməsi. IRIS-ın əsas vəzifələri seysmik və digər geofiziki üsullardan istifadə edərək yerin xüsusiyyətlərinin və seysmik mənbələrin tədqiqinin asanlaşdırılmasıdır. IRIS-ın bütün dünya ölkələri üzrə 250 üzvü və filialı vardır. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi də bu təşkilatın üzvüdür. 

Ünvan: Bakı şəhəri, H.Cavid pr.129.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: