Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.10.2017 16:54
  • A-
  • A
  • A+

Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçiriləcək

Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçiriləcək

AMEA Rəyasət Heyətinin iclasında Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi barədə müzakirələr aparılıb.

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev ilk olaraq ölkədəki gənclər siyasətindən danışıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini dövlət gənclər siyasəti təşkil edir. Gənc­lərin fiziki və mənəvi sağlamlığının təmin olunması, intellektual inkişafı üçün la­zı­mi şəraitin yaradılması, onların fəaliyyətlərinin milli maraqlara yönəlməsi dövlət siyasətinin əsas amillərindəndir”. Bu siyasətin davamı olaraq AMEA-da intellektual gəncliyin hər­tərəfli in­kişafı üçün görülən işlərdən söz açan akademik Rasim Əliquliyev hazırda Akademiyada gənc alimlərin xarici ölkələrin elmi mərkəzlərində təhsil almaları, onların yük­səkixtisaslı kadr kimi yetişməsi, sosial problemlərinin aradan qaldırılması yönündə kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

Rəyasət Heyətinin iclasında qeyd olunan məsələlərin ic­ra­sını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə bu il dekabrın 15-də Azərbaycan Gənc Alim­lərinin I Qurul­tayının keçirilməsi qərara alınıb.

İclasda qurul­tayın təşkil edilməsi üzrə məsul şəxs və İşçi qrupunun müəyyənləşdirilməsi, AMEA Gənc Alim və Mütəxəssislər Şurası, həmçinin elmi-tədqiqat müəssisələrinin müvafiq təşkilatlarının iclaslarında müzakirə əsasında formalaşan rəy və təkliflərin Təşki­lat ko­mi­təsinə təqdim edilməsi ilə bağlı qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: