Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elm Tarixi İnstitutunun Elmi Şurasının ilk iclası keçirilib
12.10.2017 12:19
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutunun Elmi Şurasının ilk iclası keçirilib

AMEA-nın Elm Tarixi İnstitutunda bu müəssisənin direktoru, t.ü.e.d. Məryəm Seyidbəylinin sədrliyi ilə Elmi Şuranın ilk iclası keçirilib.

Tədbirdə şura üzvlərindən - İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz AxundovaFizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim MəmmədovFəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Elmi Şuranın sədr müavini, i.ü.f.d. Səbinə Nemətzadə, katibi, s.e.ü.f.d. Zaur Əliyev və institutun Həmkarlar Təşkilatının sədri Aysel Bədəlova iştirak ediblər.

İclasda şuranın Əsasnaməsinin və strukturunun təsdiq edilməsi,  institutda İctimaiyyətlə əlaqələr və Beynəlxalq əlaqələr şöbələrinin yaradılması və digər məsələlər ətrafında müzakirələr aparılıb. Müvafiq şöbələrə namizədliyi irəli sürülən əməkdaşlar səsvermə yolu ilə rəhbər seçiliblər.

Tədbirdə, həmçinin AMEA-nın prezidenti, akademik Akif Əlizadənin layihə rəhbəri və elmi redaktorluğu ilə Elm Tarixi İnstitutu tərəfindən hazırlanan təbiətşünaslığın tarixinə dair oçerklər müzakirə olunub, şuraya təqdim  olunan  elmi-tədqiqat  işlərinin çap olunmasına dair  qərar qəbul edilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: