www.science.az
12.10.2017 14:28

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Rusiyada mükafatlandırılıb

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova ölkəmizdə mədəni irsin qorunması və inkişafındakı xidmətlərinə görə Sankt-Peterburq “Karl Faberje” Memorial Fondu tərəfindən “Karl Faberje” adına ordenlə təltif olunub.

Muzeyin birinci dərəcəli bərpaçı-rəssamı Gülşən Hacıyeva isə incəsənət və sənətşünaslıq sahəsində bədii tərtibat üzrə xüsusi restavrasiya işlərinə görə “Baş usta” adına layiq görülüb, həmçinin “Frans Birbaum” və “Karl Faberje” ordenləri ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.