Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Heydər Əliyev lektoriyasının növbəti məşğələsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı illiyinə həsr olunub
17.10.2017 15:58
  • A-
  • A
  • A+

Heydər Əliyev lektoriyasının növbəti məşğələsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı illiyinə həsr olunub

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının 76-cı məşğələsi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26 illiyinə həsr olunub.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yollarından, qazanılan uğurlardan danışıb. O, ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında misilsiz tarixi xidmətlərini vurğulayıb.

Ulu öndər Heydər Əliyevin “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir” - sözlərini xatırladan akademik İ.Hacıyev dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini, respublikamızın çox sürətlə inkişaf etdiyini bildirib. O, müasir müstəqil ölkəmizin dünyada nüfuzunun yüksəldiyini diqqətə çatdırıb.

Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun “Müstəqilliyimizin memarı və qurucusu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ömrünü Azərbaycanın tərəqqisinə, xalqımızın xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin təşəkkül tapmasında əvəzsiz xidmətlərindən danışıb, görkəmli dövlət xadiminin müasir Azərbaycanın inkişaf tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi müdrik və uğurlu siyasət barədə ətraflı məlumat verib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: