Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Gəncədə 3300 il yaşı olan kurqan aşkarlanıb
26.10.2017 14:54
  • A-
  • A
  • A+

Gəncədə 3300 il yaşı olan kurqan aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Gəncədə aparılan arxeloji qazıntılar zamanı 3300 il yaşı olan kurqan aşkarlanıb.

Tədqiqatlar zamanı şəhərin Heydər Əliyev parkında kurqanların dördkünc və oval formalı kameralarının ağac tirlərlə örtüldüyü, üzərində isə çay daşları düzümü olduğu aşkarlanıb.

3300 il yaşı olan kurqan kameraları 1-1,4 metr dərinliyində qazılıb və onların hər birində bir nəfər dəfn edilib. İnsanın sümük qalıqları fizioloji quruluş formasının pozulmuş vəziyyətində və kameraların müxtəlif dərinliklərində müəyyən edilib.

İnstitutun ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Cəlilovun sözlərinə görə, qazıntılar zamanı, həmçinin müxtəlif formalı saxsı qab nümunələri, tunc asma bəzək əşyaları, tunc düymələr, muncuqlar, ox ucluqları, daş toppuz və digər maddi-mədəniyyət nümunələri tapılıb.

Qeyd edək ki, ərazidə qazıntı və laborator işlər davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: