Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Çexiyalı alimlər Respublika Seysmoloji Xidmət Mərkəzində olublar
27.10.2017 09:43
  • A-
  • A
  • A+

Çexiyalı alimlər Respublika Seysmoloji Xidmət Mərkəzində olublar

Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun (ÇETFİ) direktoru İvan Ştekl və bu müəssisənin keçmiş rəhbəri Stanislav Pospişil AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşdə ikitərəfli əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

Sonra Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzdə aparılan tədqiqatlar və görülən işlərə dair təqdimatla çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: