Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İtaliyalı alimlər AMEA-nın Fizika İnstitutunda olublar
27.10.2017 12:04
  • A-
  • A
  • A+

İtaliyalı alimlər AMEA-nın Fizika İnstitutunda olublar

İtaliya Milli Tədqiqatlar Şurasının (CNR) Elektronika və Maqnetizm üçün Materiallar İnstitutunun (İMEM) əməkdaşları - Dr. Claudio Ferrari, Dr. Attolini Giovanni və Dr. Bosi Matteo AMEA-nın Fizika İnstitutunda olublar.

Səfərdə məqsəd “Görünən və infraqırmızı zolaqlar üçün çeviricili germanium/silisium əsaslı sensorlar və germanium-karbon nanostrukturları əsasında partlayıcı detektorlar” adlı layihə çərçivəsində görülən işləri müzakirə etmək olub.

Qonaqlar ilk olaraq institutun Bionanostrukturlar fizikası laboratoriyasının əməkdaşları və layihə iştirakçıları - professor  Rasim Cabbarov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nahidə Musayeva ilə görüşüblər. Görüş zamanı aparılan birgə  tədqiqatların nəticələri müzakirə olunub.

Sonda İMEM-in əməkdaşları institutun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: