Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.10.2017 12:25
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutunun direktoru Rusiyada tədqiqatlar aparıb

Elm Tarixi İnstitutunun direktoru Rusiyada tədqiqatlar aparıb

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, t.ü.e.d. Məryəm Seyidbəyli 23-29 oktyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.

Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” adlı layihə çərçivəsində baş tutub.

M.Seyidbəyli səfər ərzində Rusiya Milli Kitabxanasında, Rusiya Elmər Akademiyasının S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının Elmi Kitabxanası və Arxivində mövzu ilə bağlı tədqiqatlar aparıb, qiymətli materiallar əldə edib. 

Bundan əlavə, Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialında M.Seyidbəylinin “Azərbaycan elitası: tarix, real vəziyyət, perspektivlər” kitabının təqdimatı keçirilib. Azərbaycan ziyalıları və azərbaycançılıq məfkurəsindən geniş bəhs olunan kitab Sankt-Peterburqun kitabxanalarına hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: