Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Britaniyalı alim Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlarla maraqlanıb
02.11.2017 10:05
  • A-
  • A
  • A+

Britaniyalı alim Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlarla maraqlanıb

Noyabrın 1-də Böyük Britaniyada yaşayıb fəaliyyət göstərən tanınmış ərəbşünas alım, yazıçı, jurnalist Yusif Əzizi Benitorof AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Britaniyalı alim ilk olaraq institutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.  Görüşdə qonağa Şərqşünaslıq İnstitutunda ərəb ölkələri tarixi, iqtisadiyyatı, ictimai fikri, ədəbiyyatı və dilinə dair aparılan tədqiqatlar barədə məlumat verilib. G.Baxşəliyeva institutun bukletini və bir sıra kitabları alimə təqdim edib.

Görüşdə Yusif Əzizi Benitorof Azərbaycanda ərəbşünaslıq sahəsində aparılan tədqiqatlarla maraqlandığını bildirib.

Daha sonra institutun kollektivi ilə görüşən qonaq şərqşünas alimlərə özünün elmi və bədii yaradıcılığı, tərcümələri barədə məlumat verib, tanınmış ədiblər Mahmud Dərviş, Nizar Qabbanin, Əl Bayatin, Nəcib Məhfuz və başqalarının əsərlərini ərəb dilindən fars və ingilis dillərinə tərcümə etdiyini bildirib.

Daha sonra britaniyalı alim Şərqşünaslıq İnstitutunun ərəbşünaslıq və iranşünaslıq sahələrində tədqiqatlar aparılan şöbələrində olub, burada görülən işlərlə maraqlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: